“Yeni Malatyaspor” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Offsideplus.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan götürülən testlərin nəticəsi neqativ çıxıb.

Sonuncu test nəticələri mənfi çıxsa da, həmin şəxslərin müalicəsi hələ də davam etdirilir və karantində saxlanılırlar.