“Fənərbağça” yarımmüdafiəçi Alper Potukla transfer dönəmində yolları ayıracaq.
Offsideplus.az “Hürriyet”e istinadən xəbər verir ki, təcrübəli futbolçu İstanbul təmsilçisində qalmaq üçün maaşının endirilməsini razı olsa da, rəhbərlik məşqçilər heyətinin rəğbətini qazana bilməyən futbolçunu satmaq niyyətindədir.
28 yaşlı yarımmüdafiəçiyə Super Liqa klublarından təkliflər var.
Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü yanvarda “Qarabağ”ın da maraq dairəsində olsa da, futbolçu Azərbaycana gəlməyə müsbət yanaşmamışdı.