“Yeni Malatyaspor” klubunun kollektivi COVİD-19 testindən keçirilib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisində 2 nəfərin testi müsbət nəticə verib.
Onlardan biri futbolçu, digəri isə klub işçisidir. Adlar açıqlanmasa da, onların hər ikisinin xüsusi nəzarətə götürüldüyü və müalicələrinə start verildiyi qeyd edilib.