"Səbail"in baş məşqçisi Aftandil Hacıyev bu yaxınlarda Türkiyədən təklif alıb.

Offsideplus.az xəbər verir ki, "Pro" kateqoriyalı mütəxəssisə dəvət "Antalyaspor"dan gəlib.

Super Liqada mübarizə aparan klub gənc çalışdırıcıya baş məşqçinin köməkçisi vəzifəsini təklif edib. Ötən mövsüm "Səbail"ə tarixində ilk dəfə avrokuboklar biletini qazandıran Hacıyev gözləməyi üstün tutub. O, hazırkı komandasının gələcək planları dəqiqləşmədən iş yerini tərk etməməyi qərara alıb.

Sportinfo.az