"Kayserispor"un baş məşqçisi Robert Ptosineçki maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyə Süper Liqasının təxirə getməli olduğunu bildirib:
"Dünyada bir panika var. Bu, kürəsəl problemdir. Ölkəmdə məktəblər bağlandı, liqalar dayandırıldı. Çox yerdə koronavirusa qarşı tədbirlər görülür. Türkiyədə Avropa ilə müqayisədə çox böyük problem yoxdur. Dünən oynadığımız qarşılaşmada azarkeşin olmaması futbolun özünə təhqirdir. Belə futbol olmaz! Avropada olduğu kimi Türkiyədə də çempionat dayandırılmalıdır. Bilmirəm, rəhbər şəxslər nə düşünür. Amma azarkeşsiz futbol heç kimə maraqlı deyil".