Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Henri Onyekurunu transfer edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb.
"Monako"ya 2019-cu ilin yayında İngiltərə "Everton"undan 13,5 milyon avroya keçən nigeriyalı forvard cari mövsümdə 4 matçda 1 məhsuldar ötürmə edib. Onun "Monako" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, hazırda "Qalatasaray" Türkiyə Super Liqasında 17 oyundan 27 xalla 7-ci pillədədir.