"Gənclərbirliyi” klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi Hamza Hamzaoğluna tapşırılıb.

İnformasiyanı klubun mətbuat xidməti yayıb. Bir neçə gün əvvəl Mustafa Kaplanla vidalaşan paytaxt klubu yeni baş məşqçisi ilə mövsümün sonunadək anlaşıb.

Hamzaoğlu son olaraq "Ərzurumspor”u çalışdırıb.

"Gənclərbirliyi” 9 tura 6 xal toplaya bilib. Sözügedən kollektiv turnir cədvəlində 18 iştirakçı arasında 17-ci pillədədi.