Türkiyə çempionatının 22-ci turu başa çatıb.

Offsideplus.az xəbər verir ki, turun son matçında “Gənclərbirliyi” öz meydanında “Göztəpə”ni 3-0 hesabı ilə məğlub edib.

Son 5 matçdır məğlub olmayan və bunların üçündə qalib gələn “Gənclərbirliyi”, bu qələbə sayəsində autsayderlər qrupundan uzaqlaşıb və 13-cü pilləyə yüksəlib.

Bunun əksinə olaraq son 5 matçda qələbə üzünə həsrət qalan “Göztəpə” isə 8-ci pilləyə qədər geriləyib.

“Gənclərbirliyi” – “Göztəpə” - 3:0

Qollar: Parayba, 3, 67, Manu, 87