"Beşiktaş" futbolçusu Pepe ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti qarşılıqlı razılaşma əsasında ləğv edilb. 35 yaşlı oyunçuya 100 min 700 avro təzminat ödəniləcəyi bildirilib.

Qeyd edək ki, mövsümün əvvəlində İstanbul təmsilçisində oynayan Pepe 52 matçda 7 qol vurub.