"Beşiktaş" rəhbərliyinin İstanbulda apardığı gizli və gərgin danışıqlar öz bəhrəsini verib.
Offsideplus.az xəbər verir ki, "Qara qartallar" hazırda azad agent statusunda olan misirli ulduz hücumçu Məhəmməd Salah ilə rəsmi olaraq şifahi razılıq əldə ediblər.
Transfer pərdəarxasında razılaşdırılan maliyyə və müqavilə şərtləri aşağıdakı kimidir:
- Müqavilənin müddəti: Tərəflər 1+1 mövsümlük (bir mövsüm məcburi, növbəti mövsüm isə klubun və ya oyunçunun istəyinə bağlı opsionla) müqavilə şərtində ortaq məxrəcə gəliblər.
- Maaş və bonuslar: İlk olaraq 15 milyon avro tələb edən Salah ciddi güzəştə gedərək mövsümıük xalis 10 milyon avro maaş təklifinə "hə" deyib.
- Əlavə qazanc: Müqaviləyə əsasən, futbolçunun və komandanın göstərəcəyi performansa uyğun olaraq Salah mövsüm ərzində daha 2 milyon avro bonus qazana biləcək.
Ulduz futbolçunun vəkilinin İstanbulda olması və bu şifahi razılığın əldə edilməsi rəsmi imzaların atılmasının sadəcə an məsələsi olduğunu göstərir.


