Çağdaş Atanla yollarını ayıran "Konyaspor" yeni baş məşqçisini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Anadolu klubu yenidən İlhan Paluta tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İ. Palut daha əvvəl 2021-23-cü illər arasında da "Konyaspor"u çalışdırıb.

Qeyd edək ki, "ağ-yaşıllar" hazırda Türkiyə Super Liqasında 19 xalla 14-cü yerdədir.