"Beşiktaş" qış transfer pəncərəsinin son günlərində daha bir transferini reallaşdırdı.

Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi Fransanın "Marsel" klubundan 29 yaşlı sağ cinah müdafiəçisi Amir Murillonu heyətinə qatıb.

Panamalı futbolçu cari mövsüm "Marsel"in heyətində çıxdığı 25 matçda 2 qol, 4 assistlə yadda qalıb.

Qeyd edək ki, "Beşiktaş" bu keçid üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək.