Azərbaycan Basketbol Liqasında (ABL) XVI turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün tək oyun baş tutub..

B qrupunun iki komandası - "Naxçıvan" və "Ordu" Bakı İdman Sarayında üz-üzə gəlib.

Görüşün ikincilərin qələbəsi ilə başa çatıb - 95:92.

"Ordu" bu qələbə ilə liderliyini davam etdirib. Onların aktivində 31 xal var.

"Naxçıvan" isə 28 xalla ikinci yerin sahibidir.