Türkiyə Kubokunda qrup mərhələsinin həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, C qrupunun 3-cü turu çərçivəsində Domeniko Tedeskonun rəhbərlik etdiyi “Fənərbağça” ilə Serkan Özbaltanın çalışdırdığı “Erzurumspor FK” qarşılaşıb. Ömər Faruk Turtayın idarə etdiyi görüş Şükrü Saracoğlu stadionunda baş tutub.
Matça gözlənilməz başlayan qonaq komanda ilk hissəni önə keçsə də, “Fənərbağça” ikinci yarıda üstün oyun nümayiş etdirərək 3:1 hesablı qələbə qazanıb.
Oyunun 40-cı dəqiqəsində “Fənərbağça” müdafiəsinin səhvindən istifadə edən Mustafa Fettahoğlu hesabı açıb. Bu qolun ardından “Erzurumspor FK” ilk hissəni 1:0 hesabı ilə öndə tamamlayıb.
Dəyişikliklərdən sonra təzyiqi artıran “Fənərbağça” 52-ci dəqiqədə Marko Asensionun qolu ilə hesabı bərabərləşdirib.
70-ci dəqiqədə Taliska komandasını önə keçirib. Braziliyalı futbolçu 77-ci dəqiqədə qazandığı penalti zərbəsini dəqiq yerinə yetirərək oyunun yekun hesabını müəyyənləşdirib – 3:1.
Bu qələbədən sonra “Fənərbağça” Türkiyə Kubokunda xallarının sayını 6-ya yüksəldib. “Erzurumspor FK” isə 3 xalla kifayətlənib.
“Fənərbağça” qrup mərhələsindəki son oyununu səfərdə “Qaziantep FK”ya qarşı keçirəcək. “Erzurumspor FK” isə növbəti turda “Keçiörengücü”nü qəbul edəcək.


