"Kristal Palas"ın baş məşqçisi Oliver Qlasner "Milan"a transferi baş tutmayan Jan-Filipp Mateta barədə danışıb.

Offsideplus.az xəbər verir ki, avstriyalı mütəxəssis bunları deyib:

"Matetanın noyabr ayından bəri dizində problem var idi. O, oynamağa davam etmək istəyirdi, biz də vəziyyəti idarə etdik.

Mateta bizə ayrılmaq istədiyini bildirdi. 'Milan' onu yoxladı (qiymətləndirdi) və Jan-Filipi transfer etməmək qərarına gəldi.

Ən yaxşı həll yolunu tapmaq üçün əlavə dəyərləndirmələr aparacağıq".