"Beşiktaş"ın yeni transferi Emmanuel Aqbadu İstanbula gəlib.

Offsideplus.az xəbər verir ki, "qara qartal" uzun müddətdir heyətinə cəlb etmək istədiyi 28 yaşlı müdafiəçiyə nəhayət qovuşub.

Onun üçün "Vulverhemptona 18+2 milyon avro ödənəcək.

Fil Dişi Sahilindən olan müdafiəçi ilə 4.5 illik müqavilə imzalanacaq.

Aqbadu cari mövsüm "canavarlar"ın heyətində Premyer Liqada 14 oyuna çıxıb.