Çempionlar Liqasının keçid pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq olan "Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi Jeremi Qnali heyətə daxil edilməyib.

Noyabrda zədələndiyinə görə heyətdən çıxarılan Kadi Borges isə Kris Kuakunun əvəzinə yenidən heyətə əlavə olunub.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı ilk matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

(report.az)