Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında XII turun növbəti qarşılaşması baş tutacaq.

Offsideplus.az saytının məlumatına görə, günün yeganə oyununda "Murov Az Terminal" öz meydanında "DH Volley" kollektivini sınağa çəkəcək. "Murov Az Terminal"ın idman zalında təşkil olunacaq bu görüşün start fiti saat 15:00-da səslənəcək.

Xatırladaq ki, turun daha əvvəl keçirilən oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

  • "Azərreyl"UNEC 3:1

  • "Turan" – "Gəncə" 3:1

  • "Milli Aviasiya Akademiyası" – "Abşeron" 3:1