"Red Bull"un administrasiyasında çalışan dörd yüksək rütbəli əməkdaş komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, rəhbərlik onlara işdən çıxarılma səbəbləri barədə heç bir izahat verməyib.
Bu barədə "Planet F1" məlumat yayıb.
Komandanı tərk edənlər bunlardır:
-
Coanna Flit – HR direktor (2013-cü ildən çalışırdı);
-
Culiya Corc – Partnyorlarla əlaqələr üzrə direktor (2022-ci ildən çalışırdı);
-
Saymon Smit-Rayt – Marketinq direktoru (2024-cü ilin dekabrından çalışırdı);
-
Elis Hedvort – Kommunikasiya üzrə baş menecer (2021-ci ilin ortalarından çalışırdı).
Ehtimal olunur ki, bu kadr dəyişiklikləri Kristian Horner və onun yaxın kadrları olan Oliver Hyuz (marketinq direktoru) və Pol Smitin (kommunikasiya direktoru) gedişindən sonra komanda rəhbərliyində davam edən yenidənqurma prosesi ilə bağlıdır.


