Türkiyənin "Beşiktaş" klubu növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Genk"dən O Hyon Qyunu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Cənubi koreyalı futbolçu üçün Belçika klubuna 14 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, 24 yaşlı forvardla müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.



