“Dinamo” (Minsk) Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”ni məğlub edib - 4:2.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Aleksandr Şaqoyko mətbuat konfransında əzmkar qələbəni dəyərləndirib: 

“Məqsədim mərhələni keçmək idi. Oyunun əvvəlində 2 qol buraxmağı da düşünmürdük. Biz də böyük klubuq. Qələbə üçün gəlmişdik. Xoşbəxtik ki, 4 qolla qələbə qazandıq”. 

Baş məşqçi ötən mövsüm avrokubokları Azərbaycanda oynamağın təsirlərindən danışıb: 

“Buna necə cavab verəcəyimi bilmirəm. Yəqin ki, təsiri oldu. Növbəti mərhələ üçün 2 top ciddi üstünlükdür. Bizi ağır oyun gözləyir. Bizim üçün istənilən məğlubiyyət faciədir. Məğlub olmaq üçün oynamırıq. Hər kəs qələbə qazanmaq üçün oynayır”.