Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Fransa təmsilçisi "PSJ-nin hücumçusu Usman Dembeleni transfer etmək üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, ​Səudiyyə təmsilçisi artıq fransalı futbolçunun nümayəndələri ilə ilk təmasları yaradıb və danışıqlara başlayıb.

27 yaşlı vinger keçidə yaşıl işıq yandıracağı təqdirdə, "Əl-Hilal" rəhbərliyi transferi rəsmiləşdirmək üçün PSJ ilə rəsmi danışıqlara start verəcək .