İyulun 21-də Pirallahı adasındakı Nərəkənd parkında "Red Bull Yağlı Dirək" yarışı keçirilib.
Offsideplus.az xəbər verir ki, 150 nəfər qalib adı uğrunda mübarizə aparıb.
Yekunda bayrağı götürən ilk şəxs Xəyal Kərimov olub. Bunu ikinci və üçüncü dəfə Musa Hüseynov İspaniya vətəndaşı Kevinth Kardona təkrarlayıb.
Qaliblər müvafiq olaraq 1000, 500 və 250 AZN məbləğlə mükafatlandırılıblar.
View this post on Instagram