Tokio Yay Olimpiya Oyunlarının qalibi, tunisli üzgüçü Ahmed Hafnaui 21 ay müddətinə diskvalifikasiya edilib.

Offsideplus.az xəbər verir ki, buna səbəb idmançının dopinq testlərində iştirak etməməsidir. Belə ki, olimpiya çempionu dopinq yoxlanışlarına qatılmaq üçün 3 çağırışın heç birinə cavab verməyib.

22 yaşlı üzgüçünün cəzası 2024-cü il aprelin 11-dən etibarən qüvvəyə minmiş sayılıb. Həmin gündən bəri Ahmedin göstərdiyi bütün nəticələr ləğv olunub. Cəzanın müddəti 10 yanvar 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Ahmed Tokio-2020-də 400, 800 və 1500 metr məsafələrə sərbəst üsulla üzgüçülük növündə qızıl medallar qazanıb. Tunisli idmançı qeyri-müəyyən səbəbdən ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etməyib.