Azərbaycanda su polosu inkişafa doğru irəliləyir. Ölkədə yeni nəsil idmançılar yetişir. Onları yetişdirən məşqçilər var ki, əziyyətli danılmazdır.

Offsideplus.az xəbər verir ki, onlardan biri su polosu üzrə Azərbaycan yığmasının məşqçisi və “Qarabağ” su polosu klubunun direktoru, idman ustası Ümid Məmmədovdur.

Su polosu üzrə Azərbaycan yığmasının məşqçisi Ümid Məmmədovun əsas məqsədi su polosu idmanını Azərbaycanda kütləviliyini artırmaq və gənclər arasında populyarlaşdırmaqdır. Beş yaşından başlayaraq özünü idmana həsr edən Ümid Məmmədov indi təcrübəsini bölüşür, layiqli idmançılar yetişdirməyə çalışır.

Ümid Məmmədovun fikirləri:

“Su polosu su üzərində çətin atletik oyundur və ciddi fiziki hazırlıq tələb edir. Su polosu oyunçuları güc, sürət, dözümlülük və çeviklij keyfiyyətləri ilə seçilən yaxşı üzgüçü olmalıdırlar. Su İdmanı Sarayında 200-ə yaxın tələbəmiz var. Respublika və Bakıdaki yarışlarda çempionlarımız var. Bu idman növünün də çətinlikləri var çoxdur. Əsas çətinliklər fiziki və taktiki hazırlıqlardır. Bu idman növünün tam həyata keçirilməsi vaxt və maddi xərc tələb edir. İnanıram ki, idmançılarımızın, məşqçilərimizin əməyi və peşəkarlığı sayəsində biz yeni səviyyəyə qalxa biləcəyik və bu, ölkə idmanına böyük tövhə verəcək".

Qeyd edək ki, məşqlər və bütün lazımi prosedurlar Bakı Su İdmanı Sarayında keçirilir.