Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən 6 klub növbəti dəfə yoxlama oyunları keçirib.

Offsideplus.az xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın rəqibi "Zirə" olub."Bank Respublika Arena"dakı matçda "Sabah" minimal hesabla qalib gəlib - 1:0.

Günün son qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail"lə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu günə "Sumqayıt" və "Keşlə" komandaları arasında da yoxlama oyunu nəzərdə tutulsa da, paytaxt təmsilçisi oynamaqdan imtina edib.

13 iyun

Yoxlama oyunları

19:00. "Neftçi" - "Qəbələ" - 2:1 

Qol: Mirabdulla Abbasov, 40. Dario Frederiko, 63 - Rövlan Muradov, 26

"Bakcell Arena"

19:00. "Sabah" - "Zirə" - 1:0 

Qol: Ceyhun Nuriyev, 90

"Bank Respublika Arena"

19:30. "Qarabağ" - "Səbail" - 4:1 

Qol. Mahir Emreli, 24. Ovusu, 42, Qara Qarayev, 86, Filip Ozobiç, 116 - Bahadur Həziyev, 8

Tofiq Bəhramov adına Respubliika stadionu