İranlı futbolçu Məhəmmədcavad Hüseynnejad karyerasını Rusiyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Mahaçqala "Dinamo"suna keçəcək. Bu barədə məlumatı jurnalist İvan Karpov yayıb. Dağıstan klubu iranlı ilə "3+1" illik müqavilə imzalayıb.

Qeyd edək ki, Məhəmmədcavad "Sepahan"ın heyətində 27 matçda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.