"Anji"nin sabiq qolkiperi Viktor Çakrigin dünyasını dəyişib.

 Offsideplus.az Mahaçqala təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı veteran qapıçı 37 yaşında vəfat edib. Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Çakrigin 2008/2010-cu illər aralığında "Anji"nin qapısını qoruyub.