"Lokomotiv"in yetirməsi olan İnnokenti Samoxvalov həyatını itirib.
Offsideplus.az xəbər verir ki, Moskva təmsilçisinin üzvü fərdi məşq edərkən dünyasını dəyişib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun ölümü ilə bağlı Moskva Şəhər Polis İdarəsi tərəfindən cinayət işi başladılıb.
Qeyd edək ki, İnnokenti Samoxvalov “Lokomotiv”in farm-klubu olan “Kazanka”da çıxış edirdi.