Xankəndidə yeni futbol klubu fəaliyyətə başlayıb. 

Offsideplus.az xəbər verir ki, komandanın adı elə "Xankəndi" olacaq.

Kollektiv Region Liqasında çıxış edəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 

İnformasiyada AFFA-nın "Xankəndi"nin Region Liqasındakı iştirakını təsdiqlədiyi bildirilib.