Qadın futbolçular üzrə Rusiya Superliqasının X turunun ən yaxşı "11-liy"i açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, həftənin ən yaxşılarından ibarət heyətə Azərbaycan milli komandası və "Zenit" klubunun üzvü Nigar Mirzəliyeva da daxildir. Yığmamızın müdafiəçisi "Zvezda-2005" komandasına qarşı oyunda iştirak edib. O, meydana start heyətdə daxil olub. 90 dəqiqənin sonunda isə "Zenit" 1:0 hesabı ilə rəqibi məğlubiyyətə uğradıb. 

Qeyd edək ki, Nigar Mirzəliyeva 2002-ci ildən bu klubun formasını geyinir.