"Çelsi"nin növbəti baş məşqçi namizədi bəlli olub.
Offsideplus.az "Football İnsider"ə istinadən xəbər verir ki, klub bu posta hazırda "Nyukasl"ı çalışdıran Eddi Hounu gətirmək istəyir.
Mütəxəssislə artıq əlaqə saxlanıldığı bildirilir.
Qeyd edək ki, 48 yaşlı məşqçi 2021-ci ildən bəri "Nyukasl"ı çalışdırır.



