"Mançester Siti" ötən gün səfərdə "Brentford"un 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın Premyer Liqada 250-ci qələbəsi olub.
İspaniyalı mütəxəssis bunu ən tez bacaran baş məşqçi olub. O, 349-cu oyunda 250-ci qələbəsini qazanıb.
Əvvəlki rekord Ser Aleks Ferqyusonda idi. Şotland mütəxəssis 404 oyunda bunu bacarmışdı.
Arsen Venger isə 423 oyunda bu rəqəmə çatmışdı.
Qeyd edək ki, Pep 2016-cı ildən MS-ni çalışdırır. O, 6 dəfə Premyer Liqanın qalibi olub.



