"Tottenhem" Xavi Simons transferində "xoşbəxt son"a yaxındır.

Offsideplus.az xəbər verir ki, London klubu niderlandlı futbolçu üçün "Leyptsiq"ə 60 milyon avro ödəyəcək. Onunla 5+2 illik müqavilə imzalanacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

X. Simons bu gün tibbi baxışdan keçdikdən sonra rəsmi müqavilə imza atacaq.

"Barselona" yetirməsi olan 22 yaşlı futbolçu son iki mövsümü "Leyptsiq"də keçirib. O, Almaniya klubunda 78 oyunda 22 qol vurub və 24 məhsuldar ötürmə edib.