İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ilk turunun oyunları oynanılır.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi oyununda "Mançester Yunayted" doğma meydanda "Arsenal"ı qəbul etdi.
Oyunda 13-cü dəqiqədə hesab açıldı. Rikkardo Kalafiori "Arsenal"ı önə keçirdi. Bu qol oyunda ilk və yeganə qol oldu.
Nəticədə "Arsenal" minimal hesabla qələbə qazandı.



