"Napoli" klubuna məxsus olan və icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "FootBoom" məlumat yayıb.
Mənbəyə görə, təcrübəli forvard "Mançester Yunayted"in diqqət mərkəzindədir. Coşua Zirkzeenin xidmətindən narazı olan "qırmızı şeytanlar" İtaliya təmsilçisi ilə danışıqlar aparıb.
Qeyd edək ki, cari mövsüm "Qalatasaray"ın heyətində 9 matça çıxan Osimhen 8 qol və 3 məhsuldar ötürmə edib.