"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola, "şəhərlilər"lə uzun müddət işləməsinin səbəblərini izah edib.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:

"Mən işə gəlməyi sevirəm. Məşqçi olmağım yəqin buna görədir. Əgər bu hissi itirərsəm, yalnız 'Mançester Siti'ni tərk etməyəcəm, həm də məşqçiliyə son qoyacağam".

Pep "Mançester Siti"yə 2016-cı ilin iyul ayından etibarən rəhbərlik edir.