"Mançester Yunayted"in forvardı Markus Raşford karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Mənbəyə görə, ulduz hücumçu PSJ maraq dairəsindədir. Fransa təmsilçisi yayda transferi tamamlamaq istəyir.
Qeyd edək ki, Reşfordun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.