"Arsenal" "Bavariya"nın üzvü Leroy Sane ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports Germany" məlumat yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı oyunçu Münxen klubundan ayrılmaq istəmir.
Yarımmüdafiəçi geridə qalan mövsüm 42 oyunda 10 qol vurub və 13 məhsuldar ötürmə edib.
Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.