"Liverpul" Məhəmməd Salahın komandadan ayrılacağı təqdirdə "Bavariya"nın hücumçusu Leroy Saneni transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Qeyd olunub ki, "Liverpul" rəhbərliyi Sane ilə danışıqlara başlamağa hazırdır.
Son günlər Məhəmməd Salahın Səudiyyə Ərəbistanı klublarından birinə transfer olunacağına dair iddialar artıb.