İngiltərənin "Tottenhem" klubu komandadan ayrılacağı gözlənilən Harri Keynə əvəzləyici tapıb.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, London təmsilçisi təcrübəli hücumçunu "Fiorentina"lı həmkarı Artur Kabralla əvəzləmək niyyətindədir.

Premyer Liqa təmsilçisi 25 yaşlı braziliyalı forvard üçün qarşı tərəfə təklif göndərəcək.

Qeyd edək ki, Harri Keyn "Bavariya"ya keçməyə yaxındır.