İngiltərənin "Tottenhem" klubunun əsas hücumçusu Harri Keyn komandasının yeni müqavilə təklifini rədd edəcək.

 Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "The Times" nəşri yayıb.

Xəbərə görə, təcrübəli forvard Münhen "Bavariya"sına keçmək istəyir.

Bildirək ki, Keynlə PSJ də yaxından maraqlanır.