"Tottenhem"in baş məşqçisi Angelos Postekoqlu Harri Keynin komandadakı gələcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:
"Keyn komandada qalacaqmı? Əmin deyiləm. Heç bir gözləntim yoxdur. Bu cür şeylərlə heç vaxt tam baş edə bilmərsən. Bildiyim tək şey var ki, Keyn hazırda komandanın bir parçasıdır və qayıtmaq üçün əlindən gələni edir".
Qeyd edək ki, Keynin London təmsilçisindən ayrılacağı ilə bağlı iddialar yayılıb.