"Tottenhem"in hücumçusu Harri Keyn iş yerini dəyişmək istəyir.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 29 yaşlı forvard "Mançester Yunayted"ə keçmək niyyətindədir.
Keyn "qırmızı şeytanlar"dan gələcək təklifi dəyərləndirəcək.
O, yeni mövsümdən MY-də çıxış edəcəyinə ümid bəsləyir.
Bildirək ki, təcrübəli futbolçunun "Tottenhem"lə 2024-cü ilədək müqaviləsi var.