İngiltərə Premyer Liqasının 30-cu turunda "Sauthempton"la matç "Mançester Siti" klubunun ulduz futbolçusu Erlinq Haaland üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, norveçli hücumçu dubl edib. Nəticədə 22 yaşlı hücumçu karyerasındakı 200-cü qolu vurub. Forvard "şəhərlilər"in heyətində bütün turnirlərdə 38 oyuna 44 qola imza atıb.

Haaland "Borussiya" (Dortmund) üçün 89 matçda 86 dəfə, "Zalsburq" üçün 27 oyunda 29 dəfə, "Molde" üçün 50 görüşdə 20 dəfə fərqlənib.