İngiltərə Premyer Liqasının VII turundan təxirə salınmış "Fulhem" - "Çelsi" matçı oynanılıb.
Offsideplus.az xəbər verir ki, "zadəganların" 1:2 hesabı ilə məğlub olduğunu matçda yeni transfer Joau Feliks meydana çıxıb. Start heyətdə başlayan 23 yaşlı hücumçu debüt matçında qırmızı vərəqə ilə cəzalandırılıb. Portuqaliyalı ulduz 58-ci dəqiqədə rəqibə qarşı kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Opta"nın məlumatına görə, Joau Feliks debüt matçında qırmızı vərəqə alan "Çelsi"li ilk futbolçulu olub. Bundan öncə "Tottenhem"in futbolçusu Federiko Fatsio 2014-cü ilin oktyabrında "Mançester Siti"yə qarşı debüt matçında meydandan qovulmuşdu.