"Liverpul" klubu "Benfika" və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlanır.
Offsideplus.az xəbər verir ki, mersisaydlılar yarımmüdafiəçi üçün 120 milyon avro ödəməyə hazırdır.
Portuqaliya klubunun rəhbərliyi bir müddət əvvəl futbolçunu 120 milyon avronu ödəyəcək kluba satacağını bildirmişdi.
Yarımmüdafiəçi 2019-2022-ci illərdə “River Pleyt”ə məxsus olub.