İngiltərə Premyer Liqasında 13-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti" öz meydanında "Fulhem"i qəbul edib. "Şəhərlilər" görüşdə azlıqda qalsa da (birbaşa qırmızı vərəqə: Kanselo- 26), son dəqiqələrdə Erlinq Haalandın penaltı qolu ilə qalib gələ bilibər (2:1). 

Qeyd edək ki, "Mançester Siti" bu qələbə ilə 32 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. "Arsenal" - 31 xalla (12 oyun) 2-ci, "Tottenhem" - 26 xalla 3-cü pillədə yer alıb.

Sözügedən oyunun video icmalını təqdim edirik: