İngiltərənin "Liverpul" klubu Yurgen Kloppla yolları ayıra bilər.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi uğursuz nəticələr fonunda 55 yaşlı almaniyalı mütəxəssislə yola davam etmək niyyətində deyil. Bu barədə məlumatı "El Nacional" yayıb.
Mənbənin iddiasına görə, "qırmızılar" bu posta Kloppun həmyerlisi, son olaraq "Çelsi"ni çalışdıran Tomas Tuxeli gətirmək istəyir.
Onun hətta qışda "Liverpul"la müqavilə imzalaya biləcəyi qeyd olunub.
Bildirək ki, Yurgen Klopp 2015-ci ildən Mersisayd təmsilçisini çalışdırır.