İngiltərə Çempionşipdə mübarizə aparan "Hall Siti" klubunun yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Acun İlicalının sahib olduğu klub Liam Rozenyorla anlaşıb. 38 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rezenyor bu vəzifədə Şota Arveladzeni əvəzləyib.